Habil Əliyev xəstəxanadan evə buraxılıb

Habil Əliyev xəstəxanadan evə buraxılıb backend

Azərbaycanın xalq artisti Habil Əliyev xəstəxanadan evə buraxılıb




Bu barədə APA-ya məlumatı sənətkarın həyat yoldaşı Şərqiyyə Əliyevə verib. Onun sözlərinə görə, xəstəxanadan evə buraxılmasını Habil Əliyev özü istəyib: “Xəstəxanada qalmaq istmədi. Biz də, həkimlər də onun xahişinin əksinə getmədik. İndi özünü yaxşı hiss edir. Doğmaları, ailə üzvləri, həkim personalı başının üstündədir”.

Ş. Əliyevə əlavə edib ki, H. Əliyev ev şəraitində müalicə alacaq: “Xəstəxanada hansı müalicəni alırdısa, evdə də o qaydada davam edəcək. Evdə bütün şəraiti yaratmışıq, narahatlıq yoxdur”.
Diaspora