Nazir generalın qohumuna yüksək vəzifə verdi

Nazir generalın qohumuna yüksək vəzifə verdi backend

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Qaziler.az “Report”a istinadla xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis polkovnik-leytenantı Şahin Əliyev Daxili İşlər Nazirliyi (DİN) Abşeron Rayon Mühafizə İdarəsinin rəis müavini təyin edilib.

DİN-in Mətbuat Xidməti “Report”a faktı təsdiqləyib.

Qeyd edək ki, Ş.Əliyev DİN-in Baş Mühafizə İdarəsinin sabiq rəisi, Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdir müavini general-mayor Yaşar Əliyevin qohumudur.

Diaspora