Güzəştli pensiya alanların pensiyası 170 manata qədər artacaq

Güzəştli pensiya alanların pensiyası 170 manata qədər artacaq backend

“Qanunun 45-ci maddəsinə təklif edilən dəyişiklik nəticəsində qanunun 9-cu maddəsində nəzərdə tutulan güzəştli şərtlərlə pensiya hüququ əldə edən şəxslərdən daha çox pensiya kapitalının tələb olunması aradan qaldırılacaq ”.

Apa xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyin müzakirəsi zamanı parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

Musa Quliyev bildirib ki, bu da həmin kateqoriyadan olan şəxslərin pensiyalarının orta məbləğinin 170 manata qədər artırılmasına imkan yaradacaq: “İlkin hesablamalara görə, təklif olunan dəyişikliklərin maliyyə yükü 4 milyon manatdan çox vəsait tələb edir”.

loading...
Diaspora