"Ukraynaya "Çeçenistan ssenarisi" ilə hücum edildi" - Mashadovun oğlu

"Ukraynaya "Çeçenistan ssenarisi" ilə hücum edildi" -  Mashadovun oğlu backend

"Rusiya Ukraynanı bir vaxtlar Çeçenistan müharibəsini başlatdığı bəhanə ilə işğal etdi. Bu bəhanə nasizmlə mübarizədir. Əslində, hazırda Ukraynada baş verənlər çeçen ssenarisidir". AzVision.az xəbər verir ki, bunu Ukrayna mediasına müsahibəsində İçkeriya Respublikasının keçmiş prezidenti Aslan Masxadovun oğlu Anzor Mashadov deyib.

"Respublikamızda normal yaşayırdıq. Onlar gələnə qədər hər şey sakit idi... Bu müharibəyə ruslar başladılar. Cövhər Dudayev o vaxt bizə lazım olan, bizim və başqa xalqların hörmət etdiyi lider idi. Hər şey yaxşı idi. Bəli, doğrudan da, biz suverenliyi elan etdik. Və əvvəlcə onlar bizi rahat buraxdılar", - Mashadov müsahibəsində tarixi yada salıb.

O xatırladıb ki, suverenliyə baxmayaraq, artıq 1994-cü ildə qondarma “konstitusiya qayda-qanunlarını yaradılması”na başlanıldı.

- 1994-cü ildə müharibəyə başladılar, adı da o oldu ki, "konstitusiya quruluşunu bərpa edirik". Amma bizdən fikrimizi soruşmadılar. Amma respublikada heç bir problemimiz də yox idi. Onların əldə tutduqları səbəb Ukraynadakı kimi idi, deyirdilər, orada da guya nasistlər var və ruslara zülm edirlərmiş... Bizi həm də guya rus əhalisinə qarşı soyqırım törətməkdə ittiham edirdilər, - deyə Masxadov qeyd edib.

O, Rusiya ilə sülh müqaviləsini də xatırladıb.

"Hamı Rusiya Federasiyasını sülhə çağırırdı. Biz o zaman 1997-ci ildə müxtəlif ölkələrdən olan müşahidəçilər ilə seçkilər keçirdik. İki prezidentin görüşü oldu, Yeltsinlə atam arasında sülh müqaviləsi bağlandı. Hətta müxtəlif rusiyalı məmurların təbrik teleqramları da var. Hansılar ki, özləri bizi Çeçenistan İçkeriya Respublikasında keçirilən prezident seçkilərindəki qələbə münasibəti ilə təbrik edirdilər. Bütün rəsmi sənədlərdə belə yazılıb: “İçkeriya Çeçenistan Respublikası.” Amma o zaman, bildiyimiz kimi, Putin hakimiyyətə gəlmək istəyirdi", - Masxadov bildirib.

Masxadovun sözlərinə görə, ikinci çeçen müharibəsi hələ 1996-cı ildə planlaşdırılıb.

"Atamın dediyi kimi, ikinci çeçen müharibəsi hələ 1996-cı ildə planlaşdırılırdı. Onlar hələ Putinin dövründə başlayan ikinci çeçen müharibəsini planlaşdırdıqları üçün ərazimizi tərk edə bilməyiblər. Bizi terrorda ittiham edirdilər. Bəli, qətllər və adam oğurluğu faktları olub. Amma bunun arxasında kim dayanıb? Mən ad və soyad verə bilərəm. Bu adamlar bu gün Kadırovun yanında işləyirlər. Bizi, İçkeriyanı öz əlləri ilə ləkələməyə çalışıblar", - Masxadov gileylənib.

loading...
Diaspora