Qənirə Paşayeva tanınmış şair Zahid Xəlili 80 illik yubileyi münasibətilə təbrik edib

Qənirə Paşayeva tanınmış şair Zahid Xəlili 80 illik yubileyi münasibətilə təbrik edib backend

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva tanınmış şair, Prof. Dr. Zahid Xəlilovu 80 illik yubileyi münasibəti ilə təbrik edib, ürək sözlərini bölüşüb:


“Hörmətli Zahid müəllim”, Sizi 80 illik yubileyiniz münasibəti ilə təbrik edir, möhkəm can sağlığı diləyir, ən xoş arzularımı yetirirəm!

Siz çağdaş Azərbaycan uşaq ədəbiyyatının görkəmli nümayəndəsi, tanınmış yazıçı, şair və pedaqoqsuz. Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, filologiya elmləri doktoru, ADPU-nun “Ədəbiyyatın tədrisi metodikası” kafedrasının professorusuz.

Sizin zəngin yaradıcılığınız, səmərəli fəaliyyətiniz elmi-pedaqoji və ədəbiyyat ictimaiyyətinə yaxşı məlumdur.

Siz 60 ilə yaxındır ki, Pedaqoji Universitetdə fəaliyyət göstərirsiz. ADPU-nun redaktor, müəllim, alim, yazıçı, şair kimi milli ədəbiyyatımıza hərtərəfli xidmət etmisiz və bu gün də xidmətinizi davam etdirirsiz. 44 günlük Vətən Müharibəsi dövründə uşaqlar üçün yazdığınız “Dəmir Yumruq Dastanı” dediklərimizə parlaq sübutdur.
Sizi 80 illik yubileyiniz münasibəti ilə Mədəniyyət Komitəsi adından bir daha təbrik edir, ən xoş diləklərimizi yetirirəm”!

MM Mədəniyyət Komitəsi sədri tanınmış şair, Prof. Dr. Zahid Xəlilova Komitə adından Təbrik məktubu və Qarabağ motivli xatirə hədiyyələri təqdim edib. Tanınmış şair, Prof. Dr. Zahid Xəlilov səmimi sözlərə, təbrikə görə Komitə sədrinə təşəkkür edib.

loading...
Diaspora