Vahid Əhmədov Rusiya saytı ilə bağlı müraciət etdi: “Fəaliyyəti dayandırılsın!”

Vahid Əhmədov Rusiya saytı ilə bağlı müraciət etdi:  “Fəaliyyəti dayandırılsın!” backend

Deputat Vahid Əhmədov Milli Məclisin bu gün keçirilən iclasında çıxış edərkən iki mühüm məsələdən bəhs etdi. O, əvvəlcə bildirdi ki, bu gün dünyada çox ciddi iqtisadi böhran var və bu böhran Azərbaycana da öz təsirini göstərir. Süni qiymət artımının çox ciddi problemə çevrildiyini deyən deputat bildirdi ki, bunun qarşısını almaq üçün Azərbaycan hökuməti çox ciddi tədbirlər həyata keçirməli və süni qiymət artımının qarşısı alınmalıdır.

V.Əhmədov daha sonra digər məsələyə diqqət çəkərək bildidi ki, son vaxtlar Rusiya Azərbaycana məxsus saytları bloklayır. “Azərbaycanda Rusiyaya məxsus "Sputnik" agentliyi var və burada fəaliyyət göstərir. Baxmayaraq ki, bu agentlik Azərbaycavnda dezinformasiyalarla məşğuldur, amma yayımını davam etdirir. Bir müddət əvvəl onun rəhbərliyinə Abxaziya və Osetiyada fəaliyyət göstərmiş bir polkovnik gətirilib”.

Deputat "Sputnik" agentliyinin rəhbəri Simonyanın bir müddət əvvəl Rusiyada səfərdə olarkən cənab prezidentə və Mehriban xanıma verdiyi sualları xatırlatdı. O dedi ki, Azərbaycanda belə bir saytın fəaliyyəti dayandırılmalıdır. “Mən Mətbuat Şurasına, Media Agentliyinə müraciət edirəm: "Sputnik" agentliyinin Azərbaycandakı fəaliyyəti dayandırılsın!”

Sədr S.Qafarova isə qeyd etdi ki, Simonyanın suallarına hələ indiyədək cənab prezident və Mehriban xanım kimi cavab verən olmayıb.

 

Musavat.com

loading...
Diaspora