Zakir Həsənov Küveyt səfirini qəbul edib

Zakir Həsənov Küveyt səfirini qəbul edib backend

Bu gün Azərbaycan Müdafiə naziri general-polkovnik Zakir Həsənov Küveyt Dövlətinin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Səud Əbdüləziz Məhəmməd əl-Şəmlan əl-Rumi ilə görüşüb.

QAZİLER.AZ-ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, görüşdə regiondakı hərbi-siyasi vəziyyət, Azərbaycan və Küveytin Silahlı Qüvvələri arasında hərbi əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Diaspora