“55 il sonra Zəfər yolu ilə Şuşaya Zəfər qurultayına gəldim” - Hacalı Nəcəfoğlu

“55 il sonra Zəfər yolu ilə Şuşaya Zəfər qurultayına gəldim” -  Hacalı Nəcəfoğlu backend

“Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Qurultayından Qarsa çox xoş təəssüratlala döndüm. Bu qurultayın əvvəlkilərdən ən böyük fərqi Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun 28 illik əsarətdən qurtardığı Şuşada keçirilməsi idi”.

Qaziler.az xəbər verir ki, bu sözləri Qars Qafqaz Universitetinin müəllimi, Prof. Dr. Hacalı Nəcəfoğlu deyib.

O, Şuşada sonuncu dəfə 1967-ci ildə olduğunu söyləyib: “55 il sonraZəfər yolu ilə Şuşaya Zəfər qurultayına gəldim. Möhtərəm Prezidentimiz İlhamƏliyevin qurultaydakı proqram xarakterli çıxışında dediyi sözlər hələ də qulaqlqrımda səslənir: “Bundan sonra Azərbaycan xalqı müzəffər xalq kimi əbədi yaşayacaq, bundan sonra bizim dövlətimiz qalib dövlət kimi yaşayacaq.

Bu, böyük xoşbəxtlikdir - hamımız üçün, Azərbaycanda yaşayanlar, Azərbaycan vətəndaşları üçün, xaricdə yaşayan azərbaycanlılar üçün”. 55 ildən sonra azad Qarabağa, azad Şuşaya gəldiyim, Diasporla İş üzrə Dövlət Komitəmizin möhtəşəm təşkilatçılığı ilə düzənlədiyi Zəfər qurultayında iştirak etdiyim üçün özümü bəxtiyar hiss edirəm. Möhtərəm Prezidentimizin sərəncamı ilə “Tərəqqi” medalıyla təltif olunmağım mənim Vətən qarşısında məsuliyyətimi daha da artırır. Bu xoşbəxtliyi mənə yaşadan Prezidentimizə, Dövlət Komitəsi rəhbərliyinə minnətdarlığımı bildirirəm”.

Professorun fikrincə, Zəfər qurultayı Azərbaycan diasporunun tarixində yeni bir mərhələnin başlanğıcıdır: “Bu qurultay onu göstərdi ki, Azərbaycan nəinki siyasi sərhədlərinə, hətta mədəniyyət sərhədlərinə belə sığmır. Bu sərhədlər içində və xaricində yaşayan azərbaycanlılar alnı açıq, üzü gülər, başı dik yaşayırlar. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi hədəflərə çatmaq üçün diaspor təşkilatlarımızın fədakarlıqla çalışacağına, 44 günlük muharibə dövründə olduğu kimi, post-müharibə dönəmində də Prezidentimizin rəhbərliyi altında xalqımızın milli birliyimizi qoruyacağına inanıram”.

loading...
Diaspora