Tezliklə Daşaltı kəndində müasir beşulduzlu otellər fəaliyyətə başlayacaq

Tezliklə Daşaltı kəndində müasir beşulduzlu otellər fəaliyyətə başlayacaq backend

Tezliklə Şuşada, Daşaltı kəndində müasir beşulduzlu otellər, turizm və ictimai-iaşə mərkəzləri fəaliyyətə başlayacaq.

Trend xəbər verir ki, bu barədə Şuşada Dünya Azərbaycanlılarının V Qurultayının bağlanış mərasimində məlumat verilib.

"Qarabağın səfalı təbiəti, füsunkar mənzərələri və turizm imkanlarını nəzərə alsaq, bu potensialın inkişafında və xarici turistlərin buraya cəlb olunmasında soydaşlarımız yaxından iştirak edə bilərlər", - deyə qeyd olunub

Xatırladaq ki, Zəfər Qurultayında 65 ölkədən 400-dən çox diaspor nümayəndəsi və qonaq iştirak edir.

Diaspora