Mina qurbanlarının ehtiyacları öyrənilir

Mina qurbanlarının ehtiyacları öyrənilir backend

Azərbaycanda Minadan Zərərçəkənlərin Assosiasiyası (AMZA) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Mina qurbanlarının və onların ailə üzvlərinin cəmiyyətə reinteqrasiyası” layihəsinin icrası davam edir.

AMZA-nın sədri Rey Kərimoğlunun verdiyi məlumata görə, fevralın 1-dən icrasına başlanan layihə çərçivəsində martın 1-dən Beynəlxalq Avrasiya Mətbuat Fondunun Tərtər rayonundakı Regional Peşə Təlim Mərkəzində 20 nəfər minadan, müharibədən zərərçəkənlər və onların ailə üzvləri üçün kompüter kursu keçirilir. Kurslar 2 ay davam edəcək.

“Hazırda kompyüter kursu ilə yanaşı minadan zərərçəkmiş insanlar arasında sorğu da keçirilir. Sorğunun məqsədi onların ehtiyaclarının öyrənilməsidir. Rəsmi və qeyri-rəsmi mənbələrdən əldə etdiyimiz məlumata görə, 2020-ci il noyabrın 10-dan sonra işğaldan azad edilmiş ərazilərdə ümumilikdə 92 mülki şəxs minaya düşüb. Onlardan 30 nəfəri vəfat edib. Sağ qalan mina qurbanları ilə sorğularımızı ayın sonuna qədər davam etdirəcəyik. Əldə etdiyimiz məlumatlar təhlil ediləcək və layihənin hesabatına əlavə ediləcəyik. Layihə çərçivəsində “Hüquqlarınızı bilirsinizmi?” adlı maarifləndirici buklet də çap edilərək paylanılır” - deyə, R.Kərimoğlu bildirib.

Xatırladaq ki, layihənin icra müddəti 3 aydır.  

 

loading...
Diaspora