Bizimlə addım atın...

Bizimlə addım atın... backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təqdim etdiyi yeni videoçarx əlilliyi olan şəxslərin aktiv həyata dönüşü üçün onların reabilitasiya vasitələri, o cümlədən  protez-ortopedik vasitələrlə təminatından bəhs edir.

 

Qaziler.az bildirir ki, bu ilin ilk rübündə Nazirlik tərəfindən əlilliyi olan şəxslərə 13,1 min reabilitasiya vasitəsi verilib. 2020-ci ilin dekabr ayından başlanan yeni proqram çərçivəsində isə 270  nəfər müharibə əlili 290 ədəd yüksək texnologiyalı 4-cü nəsil müasir protezlə təmin edilib.

 

“Həyata bizimlə addım atın” devizini ifadə edən videoçarxda reabilitasiya vasitələrinin, habelə dünyanın məşhur şirkətləri ilə əməkdaşlıq müstəvisində 4-cü nəsil müasir protezlərin hazırlanması və təqdim olunmasından, onların üstünlüklərindən bəhs olunur.

loading...
Diaspora