Türkiyə Mədəniyyət, Sənət Platformasının yaradıcısı və başçısı xanım Sultan Özateşin təqdimatında Azərbaycan Yazıçılar Birliyində (AYB) "İki dövlət, bir millət" layihəsi gerçəkləşib.
AYB-dən AZƏRTAC-a bildirilib ki, tədbirdə xanım Sultan Özatəş rəhbərlik etdiyi layihə barədə iştirakçılara ətraflı məlumat verib.
Qeyd edək ki, bir çox sənət sahələrində müvəffəqiyyətlər qazanan S.Özatəş Ankara və Türkiyə sənət platformalarını yaradıb. Yeddi ölkədə davam edən beynəlxalq layihələrin birincisini Azərbaycan təmsilçisi Qalibə Cəfərova ilə həyata keçirib.
Tədbirdə Q.Cəfərova Azərbaycandan layihəyə qatılan iştirakçıların adını açıqlayıb.
Sonra bir sıra iştirakçılara fəxri fərman, medal və xatirə hədiyyələr təqdim olunub.