Bu gün Azərbaycanda üçüncü Qədr (Əhya) gecəsidir.
Üçüncü Qədr gecəsi Ramazanın 22-ci gününə, aprelin 22-dən 23-nə keçən gecəyə təsadüf edir.
Qeyd edək ki, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edib, ikinci Qədr gecəsi Ramazanın 20-ci gününə, aprelin 21-nə təsadüf edib.
Ramazanın 26-cı günü, aprelin 27-də də Qədr gecəsi olacaq.
Qeyd edək ki, Ramazan ayı Azərbaycanda aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.