Klubda baş verən partlayışdan sonra reydlər zamanı 356 nöqsan aşkarlanıb

Klubda baş verən partlayışdan sonra reydlər zamanı 356 nöqsan aşkarlanıb backend

“Gecə klubunda baş verən partlayışdan sonra "Azəriqaz" İstehsalat Birliyi və digər aidiyyatı orqanlar tərəfindən 1500-ə qədər sənaye obyektinə (qeyri-yaşayış) baxış keçirilib”. Bu sözləri SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Sağlamlıq, əməyin təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və keyfiyyətə nəzarət şöbəsinin rəisi İlkin Behbudov "Açıq qapı" aksiyasında deyib. Şöbə rəisinin sözlərinə görə, baxış əsasən Bakı və Abşeron rayonları üzrə həyata keçirilib: "Komissiya tərəfindən 356 halda nöqsan aşkar olunub və həmin obyektlərin qaz təminatı dayandırılıb. Nəzərdə tutulmayan qoşulmalar olduğu üçün 274 obyektdən sayğac çıxarılıb. 82 halda isə sayğac qalıb, obyektin təbii qaz təminatı bloklanıb" – deyə, qurum rəsmisi bildirib. İlkin Behbudov onu da qeyd edib ki, anoloji baxışın regionlar üzrə də keçirilməsi üçün artıq komissiyalar yaradılıb.

Qaziler.az bildirir ki, birliyin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev SOCAR “Azəriqaz” İstehsalat Birliyinin obyektlərin qaz təchizatını dayandırması ilə sahibkarların davamlı fəaliyyətinə guya zərbə vurması ilə bağlı müraciətlərin əsassız olduğunu qeyd edib. Onun sözlərinə görə, məhz qeyri-qanuni yolla çəkilən, standartlara uyğun olmayan, texniki şərtdə göstərilən qaydalar pozulduğu hallarda “Azəriqaz” İstehsalat Birliyi növbəti yaşana biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə, həmin obyektlərdə qaz təchizatını dayandırmaq məcburiyyətində qalır.

104 Operativ xidmət şöbəsinin rəisi Xalidə Şimşək abonent məmnuniyyətini hər zaman yüksək tutan SOCAR “Azəriqaz” İstehsalat Birliyinin yeni istifadəyə verdiyi tətbiq barədə geniş məlumat verib. Şöbə rəisinin sözlərinə görə, əvvəllər sonradan ödənişli (mexaniki tipli) sayğaclardan istifadə edən abonentlər istehlak etdikləri təbii qaza görə yaranan borcu www.azeriqaz.az saytına daxil olaraq bildiriş şəklində görə bilirdilər. Yeni tətbiqdən isə əvvəlcədən ödənişli (smart-kart tipli) sayğac istifadə edən abonentlər də yararlana biləcəklər. Abonentlər yeni tətbiqdən istifadə etməklə son ödəniş tarixi, son ödəniş məbləği, Tarif (qiymət) Şurasının təbii qazdan istifadə tarifləri haqqında məlumatı, cari il ərzində abonentin təbii qazdan hansı limit tarifində istifadə etdiyi, növbəti limit mərhələsinə keçid edəcəyinə dair və bir sıra bütün lazımi məlumatlarla yaxından tanış ola bilər.

Bundan əlavə, Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev cari ildə qazlaşdırılma işləri barədə məlumatı KİV nümayəndələrinin diqqətinə çatdırıb. “Açıq qapı” aksiyası Birliyin rəsmi “Facebook” səhifəsində canlı yayımlandığından o, vətəndaşların regionların qazlaşdırılması ilə bağlı ünvanladıqları müraciətləri də cavablandırıb.

loading...
Diaspora