Reabilitasiya Mərkəzlərində beynəlxalq qiymətləndirmə şkalasının tətbiqinə başlanıb

Reabilitasiya Mərkəzlərində beynəlxalq qiymətləndirmə şkalasının tətbiqinə başlanıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin Reabilitasiya Mərkəzlərində 10 beynəlxalq qiymətləndirmə şkalasının (Ashworth, Morze, Beck Depression Inventory, Covy Anxiety və s.) tətbiqinə başlanıb.

Şkalalar əsasında qiymətləndirmə klinik praktikada şəxsin əlillik vəziyyətini daha yaxşı müəyyən etməyə, əlilliyi olan şəxslərin ehtiyaclarına uyğun tibbi və sosial-psixoloji reabilitasiya proqramı tərtib olunmasına imkan verir.

Bu da fəaliyyətin multidissiplinar komanda şəklində qurulması ilə göstərilən xidmətdən maksimal effektiv nəticə alınmasını, reabilitasiya sisteminin biopsixososial modelin tələblərinə uyğun qurulmasını təmin edir.

Diaspora