Kamran Əliyevdən yeni TƏYİNATLAR - YENİLƏNİB

Kamran Əliyevdən yeni  TƏYİNATLAR - YENİLƏNİB backend

Ağsu rayonuna yeni prokuror təyin olunub.

Bu barədə Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Elnur Cəfərov Ağsu rayon prokuroru vəzifəsinə gətirilib. O, əvvəllər Sumqayıt şəhər prokurorunun müavini vəzifəsində çalışıb.

Ağsu rayon prokuroru Rəşad Mansurov isə tutduğu vəzifədən azad edilərək Salyan rayon prokuroru təyin edilib.

Bundan başqa, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Emil Kərimov tutduğu vəzifədən azad edilərək Oğuz rayon prokuroru təyin olunub.

16:00

Baş Prokurorluqda kadr islahatı olub.

Bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Xocalı Rayon Prokuroru Şahin İmanov vəzifəsindən azad olunub.

K.Əliyevin digər əmri ilə, o, Daşkəsən Rayon Prokuroru təyin edilib. 

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi Əvəz Əliyev isə Xocalı Rayon Prokuroru vəzifəsinə təyinat alıb.

15:40

Baş Prokurorluqda kadr islahatı olub.

Bununla bağlı baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Əmrə əsasən, Daşkəsən rayon prokuroru Maarif Hüseynov tutduğu vəzifədən azad olunub.

K.Əliyevin digər əmri ilə o, Tovuz rayon prokuroru vəzifəsinə təyin edilib.

Baş Prokurorluğun Mətbuat Xidməti Oxu.Az-a məlumatı təsdiqləyib.

loading...
Diaspora