Çavuşoğlu və Lavrov Ukraynanı müzakirə edib - YENİLƏNİB

Çavuşoğlu və Lavrov Ukraynanı müzakirə edib -  YENİLƏNİB backend

Rusiyanın xarici işlər naziri Sergey Lavrovla türkiyəli həmkarı Mövlud Çavuşoğlu arasında telefon danışığı olub.

APA-nln Moskva müxbirinin Rusiya XİN-ə istinadən verdiyi məlumata görə, Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı nazirlər Ukraynada, xüsusi ilə Mariupol ətrafında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.

M.Çavuşoğlu Mariupoldakı məsciddəki girovların azad edilməsində Rusiya Federasiyası Silahlı Qüvvələrinin xüsusi təyinatlı qüvvələrinin göstərdiyi köməyə görə minnətdarlığını bildirib.

“Rusiya-Ukrayna danışıqlar prosesinin perspektivlərinə münasibətdə Rusiyanın prinsipial mövqeyinin dəyişməzliyi təsdiqlənib: danışıqların nəticəsi tamamilə Kiyevin bizim qanuni tələblərimizi nəzərə almağa hazır olmasından asılıdır.

Rusiya və Türkiyə XİN başçıları “3+3” formatının aktivləşdirilməsi də daxil olmaqla, Cənubi Qafqazda vəziyyətin sabitləşməsinə töhfə vermək niyyətlərini bir daha təsdiqləyiblər. Bundan başqa nazirlər ikitərəfli gündəlikdəki aktual məsələlərə də toxunublar”,- Rusiya XİN-in məlumatında qeyd olunub.

***

17.45

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı olub.

APA-nın xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

XİN rəhbərləri Ukraynadakı vəziyyəti müzakirə edib.

loading...
Diaspora