Ramazan ayının 20-ci gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının 20-ci gününün imsak, iftar və namaz vaxtları backend

Sabah Ramazan ayının iyirminci günüdür. 

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 21-də imsak vaxtı saat 04:22-də, iftar vaxtı isə 19:40-dadır.

Aprelin 21-i üçün namaz vaxtları: 

Sübh azanı 04:27 
Zöhr azanı 12:39 
Əsr azanı 17:27 
Məğrib azanı 19:40 
İşa azanı 20:46 

İyirminci günün imsak vaxtı üçün duanı təqdim edirik: 

Allahumməftəh li fihi əbvabəl-cinan. Və əğliq ənni fihi əbvabən-niyran. Və vəffiqni fihi litilavətil-Quran. Ya munziləs-səkinəti fi qulubil-mu’minin. 

Tərcüməsi: İlahi, bu gün mənim üzümə cənnət qapılarını açıb, cəhənnəm qapılarını bağla! Bu gün məni Quran oxumaqda müvəffəq et! Ey möminlərin qəlbinə aramlıq bəxş edən Allah. 

İftar duası: 

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!” 

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!

loading...
Diaspora