Bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyir - Deputat

Bəzi məmurlar büdcə pullarını xımır-xımır yeyir -  Deputat backend

"Biz o vaxt xahiş etdik ki, büdcədən oğurluq edən məmurlar barədə məlumat verilsin. Bəzi məmurlar bu gün də büdcə pullarını xımır-xımır yeyir".

Qaziler.az Report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin deputatı Rüfət Quliyev parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Hesablama Palatasının 2021-ci ildə fəaliyyəti haqqında” hesabatının müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, insanların 90 faizi icbari tibbi sığortadan narazıdır:

“Deputatlar var ki, bununla bağlı müraciət ediblər. Ancaq onlara da bu narazılıqla bağlı cavab verilməyib”.

Diaspora