Bakıya yeni səsli işıqforlar gətiriləcək

Bakıya yeni səsli işıqforlar gətiriləcək backend

Bakı şəhərinin müxtəlif küçələrində gözdən əlillər üçün quraşdırılan səsli işıqforlar normal işləmir. Bu barədə AZƏRTAC-a Azərbaycan Gözdən Əlillər Cəmiyyətindən məlumat veriblər.


Bildirilib ki, danışan işıqforlar görmə qüsurlu insanlara kömək etmək əvəzinə, problem yaradır.

Belə ki, səsli işıqforlar yaşıl işıqda "dur", qırmızı işıqda "keç" sözlərini səsləndirir. Bundan əlavə, həmin işıqforların səsi də həddən artıq anlaşılmazdır.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin "Siqnal idarəsi"nin sahə rəisi Nəriman İsrafilov məsələ ilə bağlı açıqlamasında bildirib ki, səsli işıqforlarla bağlı problem doğrudan da yaşanır. Bununla bağlı idarəyə şikayətlər də daxil olub. Yaxın günlərdə yeni səsli işıqforlar ölkəyə gətirilərək əvvəlkiləri əvəzləyəcək. Yeni işıqforlar insan yaxınlaşdığı zaman danışacaq.

Qeyd edək ki, Azərbaycanda 420 min əlil var, onlardan 22,5 mini birinci qrup, o cümlədən 8,5 mini gözdən əlildir.
Diaspora