Sadır Japarov və xanımı Şəhidlər xiyabanını ziyarət ediblər - FOTO

Sadır Japarov və xanımı Şəhidlər xiyabanını ziyarət ediblər -  FOTO backend

Azərbaycanda rəsmi səfərdə olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov və xanımı Ayqul Japarova aprelin 19-da Şəhidlər xiyabanını ziyarət ediblər.

AZƏRTAC xəbər verir ki, Şəhidlər xiyabanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Prezident Sadır Japarov və xanımı Ayqul Japarova Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər.

Qırğızıstan Prezidenti “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Qırğızıstanın və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Sonda Bakının ən hündür nöqtəsindən paytaxtımızın mənzərəsini seyr edən ali qonağa Şəhidlər xiyabanının tarixi və şəhərdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

loading...
Diaspora