Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən sağlamlıq imkanları məhdud uşaqların sosial xidmətlərə təlabatının qiymətləndirilməsi həyata keçirilib.
Nazirlikdən Qaziler.az-a verilən məlumata görə, bu məqsədlə sağlamlıq imkanları məhdud 37371 uşağın ailəsinə səfər edilib. Onlardan 28187 uşaqla bağlı qiymətləndirmə aparılıb.
Sosial işçilər və psixoloqlar tərəfindən həmin uşaqların qayğı, sosial təminat, təhsil, səhiyyə, iştirak və digər əsas hüquqlarının təmini, habelə risk səviyyəsi ölçülüb. Hazırda da qiymətləndirmə prosesi davam etdirilir.
Prosesin yekunu olaraq sosial həssaslığı riskli olaraq dəyərləndirilən uşaqların yaşadıqları ərazi üzrə zəruri sosial xidmətlərə çıxışının təmin edilməsi istiqamətində işlər aparılacaq.







