Sabah Sadır Japarov Azərbaycana gələcək

Sabah Sadır Japarov Azərbaycana gələcək backend

Sabah Qırğız Respublikasının Prezidenti Sadır Japarov Azərbaycana səfərə gələcək.

Bu barədə Qırğız Respublikası Prezident Administrasiyasının xarici siyasət şöbəsinin müdiri Jeenbek Kulubayev məlumat verib.

Məlumata görə, səfər aprelin 19-dan 20-dək davam edəcək. Azərbaycan və Qırğız Respublikasının liderləri ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələlərini, həmçinin səmərəli əməkdaşlığın gələcək inkişafı və qurulması perspektivlərini müzakirə edəcəklər. Bir sıra sənədlərin, o cümlədən strateji tərəfdaşlıq haqqında Bəyannamənin, Dövlətlərarası Şuranın yaradılması haqqında Memorandumun, o cümlədən dövlətlərin maraqlarına cavab verən hökumətlərarası və idarələrarası sazişlərin imzalanması planlaşdırılır.

Səfər Qırğızıstan və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi, eləcə də ölkələr arasında Dostluq və Əməkdaşlıq Müqaviləsi imzalanmasının 25 illiyi ərəfəsində baş tutacaq.

loading...
Diaspora