Naxçıvanda mülki-müdafiə təlimi keçirilib

Naxçıvanda mülki-müdafiə təlimi keçirilib backend

Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində “Fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılması zamanı sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının fəaliyyətinin təşkili” mövzusunda təlim keçirilib.



Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbiri Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Tağı Axundov açaraq təlimə hazırlıqla bağlı görülən işlər, sanitar epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının hazırlıq səviyyəsi, təminat və təchizat məsələləri barəsində ətraflı məlumat verib.

Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin müavini Sona Məmmədova muxtar respublika ərazisində ehtimal olunan fövqəladə halların tibbi-sanitar nəticələrinin aradan qaldırılmasında sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının qarşısına qoyulmuş vəzifələrdən, bununla bağlı keçirilən təlimin əhəmiyyətindən danışıb.

Təlimin rəhbəri, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işinin təşkili şöbəsinin rəisi, polkovnik Emin Qasımov sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının hazırlığına qoyulan tələbləri diqqətə çatdırıb.

Təlimin birinci mərhələsində sanitar-epidemioloji xidmətinin ixtisaslaşdırılmış qurumlarının və digər obyekt mülki müdafiə qüvvələrinin təchizatı və hazırlığı, ikinci mərhələdə isə 6 tədris yerində epidemiya əleyhinə səyyar dəstənin, epidemioloji kəşfiyyat qrupunun, toksikoloji, bakterioloji, qida və kommunal laboratoriyaların, eləcə də obyekt mülki müdafiə qüvvələrinin əməli fəaliyyəti yoxlanılıb.

Təlimə Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzi, onun yerli qurumlarından 82 nəfər şəxsi heyət, 5 ədəd tibb, 1 ədəd xüsusi təyinatlı avtomobil cəlb olunub, müxtəlif təyinatlı tibbi avadanlıqlardan və cihazlardan istifadə edilib.
Diaspora