Seyfəli poliqonunda partlayış işlərinin müddəti uzadıldı - Müdafiə Nazirliyi

Seyfəli poliqonunda partlayış işlərinin müddəti uzadıldı -  Müdafiə Nazirliyi backend

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə Müdafiə Nazirliyi xəbər verir.

Məlumata görə, döyüş sursatlarının utilizasiya prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.

loading...
Diaspora