Bu şəxslərə pensiyaya tez çıxmaq hüququ veriləcək

Bu şəxslərə pensiyaya tez çıxmaq hüququ veriləcək backend

Sağlamlıq imkanı məhdud uşağına baxdığına görə atalara 5 il tez pensiyaya çıxmaq hüququ veriləcək.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.

 

O qeyd edib ki, belə bir güzəşt analara verilmişdi, amma atalara verilməmişdi. “Dəyişikliklərə əsasən atalara da belə bir güzəştin verilməsi nəzərdə tutulur”, - deyə komitə sədri əlavə edib.

Diaspora