Azərbaycanda pensiya yaşı ilə bağlı unifikasiya aparılacaq, yəni kişilərin və qadınların güzəştli şərtlərlə bəzi hallarda pensiya yaşı bərabərləşdirilir.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Trend-ə bildirib ki, bununla bağlı “Əmək pensiyaları haqqında” qanuna dəyişiklik edilir.
O qeyd edib ki, bununla bağlı dəyişikliyə əsasən pensiyaya çıxmaq üçün şərtlər yumşaldılır.