"Azəriqaz" daha iki qazinin müraciətini təmin edib - VİDEO

"Azəriqaz" daha iki qazinin müraciətini təmin edib - VİDEO backend

Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi daha iki qazi ailəsinin müraciətini təmin edib.

Qaziler.az-ın məlumatına görə, bu barədə qurumdan bildirilib.

Məlumata görə, Vətən Müharibəsi iştirakçısı, Salyan rayonunun Dayıkənd kənd sakini Əliabbas Qasımov "Azəriqaz"a müraciət edərək ailəsi ilə birgə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsinin yaxınlığından keçən qaz xəttinin və qaz sayğacının yerinin dəyişdirilməsini xahiş edib. İstehsalat Birliyinin rəhbərliyinin tapşırığı ilə Salyan Regional qaz istismarı İdarəsinin Salyan xidmət sahəsi qazinin müraciətini qısa zamanda təmin edib.

Digər müharibə iştirakçısı, Tərtər rayonunun Suqovuşan kəndində gedən döyüşlərdə yaralanmış Salyan rayonunun Kürsəngi kənd sakini Natiq Mailov isə fərdi yaşayış evinin qazlaşdırılması ilə bağlı "Azəriqaz"a müraciət edib. İstehsalat Birliyinin baş direktorunun göstərişi ilə ev təbii qazla təmin edilərək sayğac quraşdırılıb.

loading...
Diaspora