Gürcüstan nümayəndə heyəti Şuşanın görməli yerləri ilə tanış olub - YENİLƏNİB - FOTO

Gürcüstan nümayəndə heyəti Şuşanın görməli yerləri ilə tanış olub -  YENİLƏNİB - FOTO backend

Gürcüstanlı mədəniyyət xadimləri, ekoloqlar, türkoloqlar və bloqerlərin Şuşaya səfəri başa çatıb.

“Report” xəbər verir ki, qonaqlar şəhərin mərkəzi meydanında, Şuşa qalasında, Cıdır düzündə olublar. 

Həmçinin Molla Pənah Vaqifin məqbərəsi, Bülbülün ev muzeyi ilə tanış olublar. Burada gürcü müğənnilər Azərbaycan xalq mahnılarını ifa ediblər.

Ötən gün Füzuli və Cəbrayıla səfər etmiş qonaqlar sabah Ağdamda olacaqlar.

11:08

Gürcüstanın mədəniyyət xadimləri, türkoloqlar, ekoloqlar və bloqerlərdən ibarət nümayəndə heyəti Şuşaya gedib.

“Report” xəbər verir ki, səfər çərçivəsində şəhərin tarixi, dini, memarlıq abidələri, o cümlədən mərkəzi meydanı, qala divarları, Cıdır düzü kimi yerlərlə tanışlıq nəzərdə tutulur.

Ötən gün isə Gürcüstan nümayəndələri Füzuli və Cəbrayılda olublar.

loading...
Diaspora