"Qarabağ qaziləri" həkimləri təltif etdi - FOTO

"Qarabağ qaziləri" həkimləri təltif etdi -  FOTO backend

Saatlı Rayon Mərkəzi Xəstəxanasında tədbir keçirilib. 

"Qarabağ qaziləri" ictimai birliyinin Saatlı filialı tərəfindən qazilərə göstərdikləri diqqət və qayğıya görə Saatlı Rayon Mərkəzi Xəstəxanasının direktoru Pərvin Məmmədov, direktor müavini, baş həkim Tale Şükürov və bir neçə həkim təltif edilib.

Qaziler.az bildirir ki, "Qarabağ qaziləri" ictimai birliyinin sədri Asəf Əliyevin adından xəstəxananın direktoru Pərvin Məmmədova diplom və hədiyyə təqdim edilib.

Tədbirdə "Qarabağ qaziləri" ictimai birliyinin sədr müavini Rüstəm Dursunov və birliyin Saatlı filialının sədri Ramin İbrahimov da iştirak ediblər.

Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə sağlamlığını itirən qazilərə diqqət və şəvqətlə yanaşan, öz peşə borcunu ləyaqətlə yerinə yetirən həkimlər həmişə hörmətə layiqdilər. Döyüş meydanında düşmənlə vuruşaraq yarımcan olan qazilərə xidmət göstərərək onların yaşamasına kömək olan, onlarda yaşamağa inam yaradan bu insanlar səngərdən, döyüş meydanlarından kənarda olan ağ xalatlı qəhrəmanlardır.

 

 

Diaspora