Minatəmizləmə üçün zəruri texnika və avadanlıqlar idxal rüsumundan azad edilir

Minatəmizləmə üçün zəruri texnika və avadanlıqlar idxal rüsumundan azad edilir backend

Minatəmizləmə üçün zəruri texnika və avadanlıqlar idxal rüsumundan azad edilir

Trend xəbər verir ki, bununla bağlı Nazirlər Kabinetinin 159 № li Qərarına dair izahda deyilir:

- “Gömrük tarifi haqqında” Qanuna əlavə edilmiş 20.0.21-ci maddəyə əsasən Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən verilən təsdiqedici sənəd əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə gömrük rüsumundan azad edilir.

 

Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarının 4.33-cü bəndində də idxal gömrük rüsumuna cəlb edilməyən və mal nomenklaturasına müvafiq idxal olunan malların Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalar və müharibənin partlayıcı qalıqlarından təmizlənməsi üçün istifadəsinin təsdiq edilməsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin Aparatı tərəfindən həyata keçirilməsinin müəyyən edilməsi adıçəkilən Qanunla uyğunsuzluq yaratdığı üçün həmin bənd ləğv edilir.

loading...
Diaspora