“Hökumətin fermerlərə dəstək mexanizmləri” mövzusunda təlim keçirilib

“Hökumətin fermerlərə dəstək mexanizmləri” mövzusunda təlim keçirilib backend

Aprelin 15-də Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Azərbaycan Bank Tədris Mərkəzinin (ABTC) birgə təşkilatçılığı və Mərkəzi Bankın maliyyə dəstəyi ilə məcburi köçkünlər üçün ilk onlayn təlim keçirilib.

Qaziler.az bildirir ki, “Hökumətin fermerlərə dəstək mexanizmləri” mövzusunda keçirilən təlimdə 100-ə yaxın məcburi köçkün iştirak edib. Təlim 3 saat müddətində davam edib.

ABTC-nin rəhbəri, təlimçi Cavanşir Abdullayev iştirakçılara kreditlərin verilməsi, kənd təsərrüfatı məhsullarına xərclənən vəsaitlər, dövlətdən kənd təsərrüfatı sahəsi üzrə kreditin alınması yolları və fermerlərə digər dəstək mexanizmləri mövzusunda məlumatlandırıb. Eyni zamanda, fermərlərin dövlətdən aldığı kreditlərin doğru istifadəsinin onların biznesi üçün necə faydalı ola biləcəyi haqqında tövsiyələr verilib.

Təlimin ikinci hissəsi sual-cavabdan ibarət olub. Cavanşir Abdullayev iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Həmçinin Cavanşir Abdullayev məcburi köçkünlərin keçirilən təlimə ciddi maraq göstərdiklərini, əldə edilən məlumatlardan faydalana biləcəklərini qeyd edib.

loading...
Diaspora