“Bəzi mənbələrdə göstərilir ki, Rusiya sülhməramlılarının nəzarətində olan Azərbaycan ərazilərində qondarma qurumun rəhbərinin narkotik plantasiyaları var”.
“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisdə çıxışı zamanı deputat Siyavuş Novruzov bildirib.
Millət vəkili qeyd edib ki, Ermənistanın sabiq rəhbərləri Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan Azərbaycanın işğal altında olan torpaqlarında 30 il ərzində narkotik satışı dövriyyəsindən kifayət qədər vəsait qazanıb, öz bizneslərini qurub: “Bu barədə məlumatları Ermənistan mətbuatı da dəfələrlə yayıb. Biz bununla bağlı adıçəkilən şəxslərin beynəlxalq məhkəmələrdə cavab verməsi üçün məsələlər qaldırmalıyıq”.