Bakı metrosunda terror törətmiş ömürlük məhküm təfərrüatı DANIŞDI - VİDEO

Bakı metrosunda terror törətmiş ömürlük məhküm təfərrüatı  DANIŞDI - VİDEO backend

1994-cü ilin iyul ayının 3-də Bakı metrosunda terror aktı olub. Saat 20:30-da metronun 28 May stansiyasından Gənclik metrostansiyası istiqamətində hərəkət edən qatarın platformaya çatmağına 500 metr qalmış, elektrik qatarın ikinci vaqonunda partlayış baş verib. Partlayışdan sonra qatarda yanğın baş verir. Terror aktı nəticəsində 13 nəfər həlak olmuş və 58 nəfər isə yaralanmışdır.

“28 May” və “Gənclik” metrostansiyaları arasında partlayışın təşkil edilməsi ilə əlaqədar olaraq Moskvada yaşayan Azərbaycan vətəndaşı Azər Aslanov həbs edildi. O, 1997-ci ilin 29 noyabr tarixində Azərbaycana ekstradisiya edilir. Azər Aslanov öz ifadələrində bildirir ki, o, Bakı metropolitenində terror aktı törətmək göstərişini erməni əsirliyində olarkən, erməni yazıçısı Zori Balayandan alıb. Məhkəmənin hökmü ilə Azər Aslanov ömürlük həbs cəzasına məhkum edilib.

Azər hadisə barədə təfərrüatı İTV-yə danışıb:

loading...
Diaspora