Təhsili olmayan din xadimlərinin taleyi necə olacaq? - Açıqlama

Təhsili olmayan din xadimlərinin taleyi necə olacaq? -  Açıqlama backend

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi dini təhsili olmayan din xadimlərinin gələcək taleyinə aydınlıq gətirib.

Komitənin sədr müavini Gündüz İsmayılov bildirib ki, söhbət məscid və ziyarətgahlarda fəaliyyət göstərən din xadimlərindən gedirsə, bəli, onların arasında müəyyən sayda dini təhsili olmayanlar var.

Onun sözlərinə görə, nəzərə almaq lazımdır ki, sovetlər zamanı Azərbaycanda dini təhsil ocağı olmayıb, insanlar dini çox vaxt fərdi qaydada öyrəniblər: "Ancaq indi reallıqlar dəyişib. Əgər biz desək ki, təhsilli din xadimlərimizin sayı azdır, bu, doğru olmaz. Hesab edirik ki, qanunun tələbinə uyğun olaraq dini təhsili olmayanlar dini təhsilli şəxslərlə əvəz edilməlidir. Təbii ki, bu bir həftəyə və ya bir aya həll ediləcək məsələ deyil. Amma ilk növbədə mümkün olduğu qədər qısa vaxtda bu məsələni həll etməyə çalışacağıq. Prinsip budur ki, təhsili olmayan şəxs müəllim, həkim, mühəndis işləyə bilmədiyi kimi, dini təhsili olmayan şəxs də din xadimi olaraq peşəkar dini fəaliyyətlə məşğul ola bilməz və bu, qanunun tələbidir".

Report.az

loading...
Diaspora