Bu gün neçə nəfər vaksin vurdurub?

Bu gün neçə nəfər vaksin vurdurub? backend

Azərbaycanda son sutkada koronavirus əleyhinə 7 603 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 552, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 538, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 6 018, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 495 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 574 804, birinci doza peyvəndlərin ümumi sayı 5 332 840, ikinci doza vaksinlərin sayı 4 834 938 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 171 771, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 235 255 olub.

loading...
Diaspora