Mərkəzi Bankın sədri kollektivə təqdim olundu

Mərkəzi Bankın sədri kollektivə təqdim olundu backend

Azərbaycan Respublikası Prezidentinin 13 aprel 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respubilkasının Mərkəzi Bankının sədri vəzifəsinə təyin edilmiş Taleh Tahir oğlu Kazımov Mərkəzi Bankın kollektivinə təqdim olundu.

Bankdan Trend-ə verilən məlumata görə, yeni sədri təqdim edən Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi siyasət və sənaye məsələləri şöbəsinin müdiri Natiq Əmirov Taleh Kazımovun keçdiyi həyat yolu və iş təcrübəsi barədə məlumat verdi.

N.Əmirov Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin dayanıqlı sosial-iqtisadi inkişafını, makroiqtisadi və maliyyə sabitliyini, bütün sahələrdə olduğu kimi maliyyə-bank sistemində həyata keçirilən mühüm islahatları və əldə olunan nəticələri diqqətə çatdırdı.

N.Əmirov maliyyə sektorunun ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını qeyd edərək, bu sahənin Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlərin çağırışlarına uyğun şəkildə inkişafı ilə bağlı qarşıya qoyulan hədəfləri diqqətə çatdırdı, tövsiyələrini verdi.

 

T.Kazımov dövlət başçısı və ölkə parlamenti tərəfindən ona göstərilən yüksək etimada görə təşəkkürünü bildirdi.

O, ölkədə makroiqtisadi və maliyyə sabitliyinin qorunması, dayanıqlı iqtisadi inkişafı dəstəkləyən pul siyasətinin həyata keçirilməsi, maliyyə-bank sisteminin inkişafı, elektron ödəniş eko-sisteminin daha da gücləndirilməsi, ölkədə nağd pul tədavülünün keyfiyyətinin davamlı yüksəldilməsi və digər istiqamətlərdə qarşıya qoyulan hədəflərin layiqincə yerinə yetirilməsi, aparılan islahatların daha da dərinləşdirilməsi və hər bir Azərbaycan vətəndaşının keyfiyyətli maliyyə, o cümlədən bank, kapilal bazarları və sığorta xidmətlərilə əhatə olunması vəzifələrinin layiqli şəkildə icrasının təmin ediləcəyini diqqətə çatdırdı.

loading...
Diaspora