Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları

Ramazan ayının on üçüncü gününün imsak, iftar və namaz vaxtları backend

Sabah Ramazan ayının on üçüncü günüdür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, aprelin 14-də imsak vaxtı saat 04:35-də, iftar vaxtı isə 19:32-dədir.

Aprelin 26-ı üçün namaz vaxtları:

Sübh azanı 04:40
Zöhr azanı 12:41
Əsr azanı 17:22
Məğrib azanı 19:32
İşa azanı 20:37

On üçüncü günün imsak vaxtı üçün duanı təqdim edirik:

“Allahummə təhhirni fihi minəd-dənəsi vəl-əqzar. Və səbbirni fihi əla kainatil-əqdar. Və vəffiqni fihi lit-tuqa və suhbətil-əbrar. Bi-ovnikə ya qurrətə eynil-məsakin!”

Tərcüməsi: “İlahi, bu gün məni günahların kəsafət və çirkinliyindən təmizlə! Qəzavü-qədərə uyğun bu gün baş verən hadisələrdə məni səbrli et! Bu gün məni təqvaya və yaxşı insanların söhbətinə müvəffəq et! Yardımına and verirəm, ey çarəsizlərin gözünün işığı!”

İftar duası:

“Əllahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu ya vasiəl məğfirət-iğfirli!”

Tərcüməsi: “İlahi, Sənin üçün oruc tutdum və Sənin ruzinlə iftar edib, yalnız Sənə təvəkkül edirəm!”

Allah orucunuzu qəbul eləsin!

Diaspora