Cəlal Qurbanovun sahibkarı döyməsi hadisəsinə aydınlıq gətirilib

Cəlal Qurbanovun sahibkarı döyməsi hadisəsinə aydınlıq gətirilib backend

Bakıda nəğməkar-şair Cəlal Qurbanov tərəfindən döyülən sahibkar Fəhmin Əlizadə açıqlama verib.

F.Əlizadə “Report”a bildirib ki, C.Qurbanovla aralarında barışıq əldə olunub:

“Bir neçə gündür sosial mediada Cəlal Qurbanovun barəsində məlumatlar yayılmaqdadır. Aramızda yaranan anlaşılmazlıq nəticəsində özüm də istəmədən bu hadisədə adı hallanan şəxs oldum. Qeyd etmək istəyirəm ki, Cəlal Qurbanov ziyalı ailənin övladıdır. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində onunla işbirliyimiz var və tanışlığımız ərzində həmişə aramızda qarşılıqlı hörmət olub. Eyni zamanda maddi-mənəvi heç bir öhdəliyimiz olmayıb. Hazırda aramızda yaranmış narazılıq aradan qaldırılıb və barışıq əldə edilib. Bundan sonra da onunla münasibətlərimiz və iş birliyimiz yenidən əvvəlki kimi hörmət çərçivəsində davam edəcək".

Qeyd edək ki, hadisə aprelin 6-sı, saat 14:40 radələrində paytaxtın Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində qeydə alınıb.

loading...
Diaspora