Fəaliyyət sahələri üzrə 193 mindən çox e-arayış verilib

Fəaliyyət sahələri üzrə 193 mindən çox e-arayış verilib backend

Qurumlar tərəfindən nazirliyin informasiya bazalarına edilən sorğu sayı isə 55,4 milyonu ötüb

Bu ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyət sahələri üzrə 193 086 elektron arayış verilib.

Son illərdə əmək, məşğulluq, sosial təminat, əlillik, reabilitasiya və s. sahələr üzrə elektronlaşma proqramı çərçivəsində 30 elektron arayış növü istifadəyə verilib. 

Bu e-xidmətlər vətəndaşların iş yerinə və ya əlilliyə dair, pensiya, müavinət və təqaüd, maddi yardım, ünvanlı yardım, dövlət tərəfindən mənzil və avtomobillə təmin edilmə, fərdi şəxsi hesab və s. barədə e-qaydada arayış əldə etmələrinə imkan verir.

Hazırda nazirliyin e-sistemlərinin 31 qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir. Həmin qurumlar tərəfindən ilin birinci rübündə nazirliyin informasiya bazalarına edilən sorğuların sayı 55 446 674 olub.

Diaspora