Sahibkarlarla növbəti görüş Xəzər rayonunda keçiriləcək

Sahibkarlarla növbəti görüş Xəzər rayonunda keçiriləcək backend

“Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

 

Qaziler.az xəbər verir ki, birlik rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Xəzər rayonunda təşkil olunacaq. "Azəriqaz" İB-nin rəhbər şəxsləri Xəzər rayonu, Mərdəkan qəsəbəsi, II Dünya Müharibəsi Veteranları Parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

 

“Səyyar qəbul otağı” aprelin 14-də saat 11:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

loading...
Diaspora