DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə birgə layihə üzrə daha 100 nəfəri işlə təmin edib

DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə birgə layihə üzrə daha 100 nəfəri işlə təmin edib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İş Mərkəzi Milli Arxiv İdarəsi ilə əməkdaşlığa başlayıb.

Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən Qaziler.az-a verilən məlumata görə, əməkdaşlıq çərçivəsində DOST İş Mərkəzi respublikamızın rayon (şəhər) dövlət arxivlərində işçi qüvvəsinə olan tələbatı nəzərə alaraq, habelə bölgələrdə məşğulluğa dəstək məqsədilə 100 nəfər müvafiq sahədə işlərə cəlb olunub.

İşə cəlb edilən şəxslər dövlət arxivlərində əmək müqaviləsi əsasında arxiv işlərini yerinə yetirəcəklər. Bununla onlar həmin peşə sahələri üzrə ilkin bilik və bacarıqlar qazanmaq imkanı əldə edəcəklər.

İşlə təmin edilənlərin hər biri ilə əmək müqaviləsi bağlanılıb və bu, onların gələcək sosial təminat hüquqlarına əsas yaradır.

Diaspora