Otuz beş minədək şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb

Otuz beş minədək şəxsə proaktiv qaydada e-fərdi şəxsi hesab açılıb backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidməti vasitəsilə 2022-ci ilin ilk rübündə 34 605 şəxsə proaktiv qaydada sosial sığorta nömrəsi (SSN) verilməklə e-fərdi şəxsi hesab açılıb.

Qurumdan verilən xəbərə görə, iki il əvvəl fəaliyyətə başlayan bu e-xidmət sığortaolunanların proaktiv qaydada elektron sistemdə qeydiyyatına xidmət edir.

İlk dəfə işə başlayan şəxslə bağlanan əmək müqaviləsinə dair bildiriş e-sistemdə qeydə alındığı andan işçiyə avtomatik olaraq SSN də açılır.

Eyni zamanda bununla işçinin fərdi uçot sistemində elektron fərdi şəxsi hesabı yaranır və sosial sığorta sistemində iştirakı təmin edilir, fərdi şəxsi hesabında gələcək sosial təminatı üçün pensiya kapitalı toplamasına imkan yaradılır.

Qeyd edilib ki, xidmət fəaliyyətə başlayandan bu vaxta qədər ümumilikdə isə 399,3 min sosial sığorta nömrəsi verilməklə elektron fərdi şəxsi hesabın açılması təmin edilib.

loading...
Diaspora