Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək

Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək backend

Məcburi köçkün qadınlar üçün peşə təlimləri keçiriləcək.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən məlumat verilib.

Bildirilib ki, Dövlət Komitəsi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzləri (QRM) “İqtisadi və sosial iştirakın artmasına mane olan əngəlləri aradan qaldırmaq üçün Azərbaycanda münaqişədən təsirlənmiş həssas qruplara daxil olan qadınların səlahiyyətlərinin artırılması və onlar üçün bərabər imkanların yaradılması” layihəsi çərçivəsində birgə əməkdaşlığa başlayıb. Bu fəaliyyət çərçivəsində məcburi köçkün qadınlara hüquqi və psixoloji yardım, kiçik və orta biznes fəaliyyətinə başlamaq istəyənlər üçün isə özünüməşğulluğa dəstək və müxtəlif kursların tədrisi xidmətləri göstəriləcək.

Ağcabədi, Bərdə və Tərtər Qadın Resurs Mərkəzlərində (QRM) məcburi köçkünlük statusu olan qadınlara komputer, dərzilik, şirniyyat, qadın gözəllik salonu və bir sıra sahələr üzrə əyani ilkin peşə bilikləri aşılanacaq. Psixoloji, hüquqi və liderlik kimi seçilmiş sahələr üzrə xidmətlərin eyni zamanda onlayn tədrisi də planlaşdırılır.

Qeyd edək ki, yaşı 18-65 aralığında olan hər bir məcburi köçkün qadın üçün peşə təlimi kurslarının ödənişsiz və mütəmadi təşkili planlaşdırılır. Adıçəkilən tədbirlərdə iştirak etməklə məcburi köçkünlər ilkin peşə bilikləri qazanacaq və növbəti mərhələdə əldə etdikləri əyani təcrübələri gələcək karyeralarında tətbiq edə biləcəklər. Bu kurslarda iştirak etmək və ya daha ətraflı məlumat almaq istəyənlər aidiyyəti üzrə yaşadıqları ərazinin Qadın resurs Mərkəzlərinin koordinatoru ilə əlaqə saxlaya bilərlər.

loading...
Diaspora