I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin veriləcəyi tarixlə bağlı AÇIQLAMA

I Qarabağ müharibəsi əlillərinə birdəfəlik ödəmələrin veriləcəyi tarixlə bağlı  AÇIQLAMA backend

"Birinci Qarabağ müharibəsi əlillərinə, onların vəfat edənlərinin ailə üzvlərinə birdəfəlik ödəmələrin verilməsi ilə bağlı sosial proqramın icrası üçün hazırlıq işləri aparılır".

Qaziler.az “Report”a istinadla xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev "Sosial islahatların uğurları, bu islahatlara beynəlxalq baxış, mükafatlar" mövzusunda keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, ölkə başçısının müvafiq fərmanı ilə 1997-ci il avqustun 2-dək ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralanaraq əlilliyi müəyyən edilən şəxslərə, onlardan vəfat edənlərin ailə üzvlərinə də yaxın vaxtlarda birdəfəlik ödəmə verilməsinə başlanacaq.

Qeyd edək ki, müvafiq fərman ötən ilin dekabr ayında imzalanıb.

Hazırda siyahıların dəqiqləşdirilməsi həyata keçirilir. Təyinatlarla bağlı yaxın zamanlarda elanın verilməsi nəzərdə tutulur. Yaxın iki ayda prosesin başa çatıdırılaraq ödənişlərin verilməsi planlaşdırılır.

loading...
Diaspora