“Prezidentin xalqa verdiyi elə bir vəd yoxdur ki, onu yerinə yetirməsin”

“Prezidentin xalqa verdiyi elə bir vəd yoxdur ki, onu yerinə yetirməsin” backend

Mahir Abbaszadə: “Azərbaycanın son dörd ildəki nailiyyətləri dövlət başçımızın uğurlu siyasi fəaliyyətinin təsdiqidir”

Sabah 2018-ci ilin prezident seçkilərinin dördüncü ili tamam olur. Düz dörd il bundan öncə - 2018-ci ilin 11 aprel tarixində 86,03 faiz səslə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev, bu qələbə ilə xalqın həqiqi lideri olduğunu, məhz xalqın gücünə, xalqın sevgisinə arxalanaraq fəaliyyət göstərdiyini sübut etdi.

Bu tarixi günlə bağlı açıqlama verən millət vəkili Mahir Abbaszadə, 2018-ci ildən bu günə qədər Azərbaycan dövlətinin çoxsaylı uğurlara, tarixi nailiyətlərə imza atdığını vurğuladı:

“2018-ci ildə möhtərəm Prezident yenidən xalqın dəstəyini qazandıqdan, Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra cənab Prezident dövlətimizin gələcəyi və inkişafı ilə bağlı aydın və uğurlu siyasət həyata keçirməyə başladı. Cənab Prezident seçkilərdən sonra xalqın qarşısında çıxış edərkən ölkəmizin inkişafı ilə bağlı islahatların aaprılacağına, gənclərə dövlət idarəçiliyində daha çox yer veriləcəyinə, iqtisadi islahatları genişləndirmək, əhalinin sosial müdafiəsini gücləndirmək, digər tərəfdən uzun illərdir müddətində işağl altında qalan torpaqların azad ediləcəyi ilə bağlı vədlər verdi. Biz sonrakı dönəmdə gördük ki, cənab Prezident xalqa verdiyi bütün vədlərin hamısını yerinə yetirdi. Dövlət başçısının sərəncamları ilə ölkədə mərkəzi icra hakimiyyəti orqanlarının idarə edilməsinə gənclər gətirildi. Bununla yanaşı, dövlət başçısının rəhbərliyi ilə korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizə, şəffaflığın artırılması, büdcə vəsaitlərindən səmərəli istifadə ölkəmiz üçün prioritet məsələlər oldu. Aparılan kadr islahatları, eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri nəticəsində ilbəil Azərbaycan Respublikasında qeyri-neft iqtisadiyyatının inkişaf etməsi, dövlət büdcəsindən səmərəli istifadəsi nətiəsində ildən-ilə dövlət büdcəsinə daxil olan maliyyə vəsaitlərinin artmasına şahid olduq.

Möhtərəm Prezidentin apardığı siyasət nəticəsində dövlətimizin beynəlxalq aləmdəki imici də möhkəmlənməyə başladı. Xarici siyasətdə aparılan balanslaşdırma, mehriban qonşuluq siyasəti, ölkəmizdə demokratiya, insan hüquq və azadlıqlarının inkişafı nöqteyi-nəzərindən aparılan islahlartlar, bu islahatların beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi dövlətimizin dünyadakı nüfuzunun daha da artmasına səbəb oldu.

Cənab Prezidentin rəhbərlii ilə Azərbaycan ordusunun güclənməsi, onun maddi-texniki bazasının möhkəmlənməsi, orduda xidmət edən hərbçilərin həyat şəraitinin yaxşılaşdırılması, orduya müasir silahlarla təchiz edilməsi sayəsində də böyük işlər görüldü. Bunun sayəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında biz işğal altındakı torpaqlaırmızın hamısını geri qaytara bildik. Azərbaycan müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq İranla bütün sərhədlərini bərpa etdi. Ermənistanla da bütün sərhədlər bərpa olundu. Bu gün Azərbaycan beynəlxalq hüququn tamhüquqlu, müstəqil üzvü kimi fəaliyyətini uğurla davam etdirir.

Məlum olduğu kimi, dövlət başçısının rəhbərliyi altında işğaldan azad edilən ərazilərdə miqyası sözlə ifadə edilə bilməəcək qədər böyük quruculuq işlərinə başlamışıq. Biz Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının da bərpasını həyata keçirəcəyik. 30 ildir ki, öz dədə-baba yurdundan ayrı düşən insanlar yenidən öz torpaqlarına qayıdıb bu torpaqlarda firavan yaşayacaqlar.

Cənab Prezidentin rəhbərliyi altında bu illər ərzində ölkəmizdə siyasi islahatlar da genişləndirilmişdir. Azərbaycan Respublikasının Prezident Administrasiyasında ictimai təşkilatlar və siyasi partiyalarla iş üzrə şöbə yaradılıb. Eyni zamanda, ölkəmizdə yenidən parlament seçkiləri keçirildi. Hakim Yeni Azərbaycan Partiyası islahatlara getdi və partiyanın nizamnaməsində dəyişikliklər edildi. Yeni İdarə Heyəti seçildi, rayon təşkilatlarının fəaliyyəti gücləndirildi. Bütün bunlar ölkəmizdə aparılan siyasi islahatların tərkib hissəsidir və hesab edirəm ki, bundan sonrakı illərdə də biz cənab Prezidentin rəhbərliyi altında siyasi-iqtisadi, mədəni və digər sahəsində islahalatların uğurla davam etdiriləcəyinə, Azərbaycan daha böyük uğurlara imza atacağına şahid olacağıq”.

loading...
Diaspora