DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Picus Security”ni tətbiq etdi

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi “Picus Security”ni tətbiq etdi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) e-informasiya sistemləri və xidmət şəbəkələrinin kiberhücumlardan daha effektiv qorunması məqsədilə “Picus Security”nin tətbiqinə başlayıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Qaziler.az-a bildirilib ki, hazırda dünya üzrə hər saniyə müxtəlif növ kiberhücumlar baş verir. İstənilən təşkilat onun hədəfi ola bilər. Bu təhlükələrdən özünü qorumaq məqsədi ilə müxtəlif təhlükəsizlik həlləri tətbiq edən DOST RİM yeni bir təhlükəsizlik alətinin real mühitdə istifadəsini nəzərdə tutur.

Bu məqsədlə Mərkəz dünyada kifayət qədər tanınan, nüfuzlu “Picus Security” şirkəti ilə əməkdaşlığa başlayıb. Müvafiq proqram təminatının tətbiqi ilə əlaqədar Türkiyədən olan nümayəndə heyəti ilə görüş keçirilib və ətraflı fikir mübadiləsi aparılıb.

Proqramın istifadə təlimatına uyğun lazımi sazlama işləri görülüb. Bununla da həmin proqram təminatı vasitəsi ilə informasiya təhlükəsizliyə ilə bağlı yoxlamaları və təkmilləşdirmə proseslərini yüksək səviyyədə həyata keçirmək imkanı əldə olunub.

“Picus Security” daimi və avtomatik şəkildə yarana biləcək real kiberhücumları simulyasiya edir. Həmçinin informasiya təhlükəsizliyi ilə bağlı resursların iş əmsalına 2 dəfədən çox fayda verir.

“Picus Security” proqram təminatı 2014-cü ildə yaradılıb. Şirkətin San-Fransisko, London və Ankara şəhərlərində ofisləri fəaliyyət göstərir.

loading...
Diaspora