Bakının iki böyük prospektini - Babək və Nobel prospektlərini birləşdirən Nəcəfqulu Rəfiyev küçəsində aparılan təmir-tikinti işləri tam olaraq yekunlaşıb.
Yeraltı kommunikasiya xətlərinin çəkilişindən sonra uzunluğu 1070, ortalama eni 16 metr olan yolun hərəkət hissəsi sıradan çıxmış vəziyyətdə idi. Burda yeni asfalt-beton örtüyünün döşənməsi üçün kommunikasiya xətləri çəkilib, xəndəklərin üstü bərkidilib və köhnə asfalt-beton örtüyünün üst qatı frez maşınları vasitəsilə qaşınaraq, ərazidən daşınıb.
Bundan başqa Nəcəfqulu Rəfiyev küçəsində köhnə səki daşları yeniləri ilə əvəzlənib. Təmir-tikinti işləri zamanı zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. İşlər Nəqliyyat Nazirliyi və “Azəryolservis” ASC rəhbərliklərinin nəzarəti altında yüksək keyfiyyətlə vaxtında yekunlaşdırılıb.
Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına əsasən, Nəqliyyat Nazirliyi “Azəryolservis”ASC tərəfindən nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə paytaxt və region yollarında kompleks tədbirlər həyata keçirilir.
iframe width="480" height="360" src="http://apa.tv/embed/22085" frameborder="0" allowfullscreen>