2022-ci ilin yanvar-mart aylarında 118,5 min pensiya, müavinət və təqaüd rəqəmsal infrastruktur üzərindən, proaktiv qaydada təyin edilib.
Bu barədə Qaziler.az-a Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) xəbər verilib.
Bildirilib ki, onlardan 8,4 mini pensiya, 110,1 mini müavinət və təqaüd təyinatları olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2019-cu ilin əvvəlindən başlayaraq pensiyaların, sonralar müavinət və təqaüdlərin təyinatı elektronlaşdırılıb.
Həmin e-təyinat sistemləri vətəndaşların sosial təminat növlərinə hüquqları yarandığı halda müraciət olunmadan və sənəd təqdim edilmədən müvafiq təyinatların e-sistem üzərindən avtomatik aparılmasına imkan verir.
Cari ilin 1 aprel tarixinədək 56,7 mini pensiya, qalanı müavinət və təqaüdlər olmaqla ümumilikdə 387,6 min təyinat e-qaydada həyata keçirilib.
