“Fərqliliyə qucaq aç!” adlı tədbir keçirilib - FOTO

“Fərqliliyə qucaq aç!” adlı tədbir keçirilib - FOTO backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində autizmlə bağlı məlumatlandırma, autizmli uşaqların yaradıcı potensialının dəstəklənməsi və cəmiyyətə tanıdılması, inteqrasiya imkanlarının artırılması məqsədilə “Fərqliliyə qucaq aç!” adlı tədbir keçirilib.

Qaziler.az-ın xəbərinə görə, tədbirdə hökumət üzvləri, dövlət təşkilatlarının rəhbər şəxsləri, deputatlat, QHT nümayəndələri və autizm sindromlu uşaqlar iştirak edib. Tədbirdən əvvəl iştirakçılar Mərkəzin foyesində autizm sindromlu uşaqların Mərkəzdə hazırladıqları rəsm əsərlərinin və keramika məhsullarının, həmçinin hazırladıqları şirniyyat növlərinin satış-sərgisinə baxıblar.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ölkəmizdə əlilliyi olan şəxslər və sağlamlıq imkanları məhdud uşaqların, o cümlədən autizmli uşaqların sosial müdafiəsi və cəmiyyətə inteqrasiyasına nail olunması üçün aparılan fəal dövlət siyasətindən bəhs edib.

Nazir autizm sindromlu şəxslərə diqqət və qayğını artırmaq, cəmiyyətə inteqrasiya imkanlarının genişlənməsinə nail olmaq üçün belə tədbirlərin ardıcıl və getdikcə daha əhatəli xarakter almasının əhəmiyyətini vurğulayıb.

Tədbirdə yeni yaradılan inklüziv kamera orkestrinin ifasında klassik əsərlər səsləndirilib. Autizmli uşaqların iştirakı ilə inklüziv tamaşa, mərkəzin kapoeyra təlimçilərinin və benefisiarlarının iştirakı ilə səhnə, musiqili konsert proqramı təqdim edilib.

Diaspora